Londonun "Arsenal" klubu Türkiyə millisi və "Yuventus"un cinah oyunçusu Kənan Yıldızı transfer etməyi düşünür.

Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Bildirilir ki, 20 yaşlı futbolçunun agenti Xorxe Mendeş artıq Turində ingilis klubunun nümayəndələri ilə görüşüb və tərəflər potensial transferi müzakirə ediblər. Müqavilənin 90-100 milyon avro arasında olacağı gözlənilir.

Türk yarımmüdafiəçinin "Yuventus"la müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.

Yıldız bu mövsüm klubun heyətində 14 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" onu 75 milyon avro dəyərində qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest