Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü tur oyununda Əşrəf Hakimiyə qarşı ciddi qayda pozuntusuna görə UEFA "Bavariya"nın hücumçusu Luis Diası cəzalandırıb.

Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Kolumbiyalı futbolçu PSJ-nin müdafiəçisinə sərt müdaxilə edib və bu, Hakiminin ən azı altı həftəlik meydandan kənar qalması ilə nəticələnib.

UEFA Luisin hərəkətlərini "ciddi qayda pozuntusu" kimi qiymətləndirilib və o, üç oyunluq cəzalandırılıb.

Buna görə də o, Çempionlar Liqasında "Arsenal", "Sportinq" və "Yunion"na qarşı oynamayacaq. Münhen klubu UEFA-nın qərarından apelyasiya şikayəti verməyi planlaşdırır.

Qeyd edək ki, bu mövsüm Luis Dias bütün turnirlərdə 17 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest