22 Noyabr 2025, 20:00
FUTBOL
"Şaxtyor" hazırda "Trabzonspor"da oynayan keçmiş hücumçusu Danilo Sikanı icarəyə götürmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Günebakış" məlumat yayıb.
Bildirilir ki, "Şaxtyor"un baş məşqçisi Arda Turan ukraynalı hücumçunu transfer siyahısına daxil edib.
Sikan bu ilin yanvar ayında "Trabzonspor"a Donetsk klubundan 6 milyon avroya transfer olaraq qoşulub. Lakin o, əsasən əvəzedici kimi meydana çıxaraq əsas heyətdə yerini tuta bilməyib.
Qeyd edək ki, bu mövsüm 24 yaşlı Sikan bütün yarışlarda 9 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.












