"Çelsi" və "Arsenal" "Nottingem Forest"in müdafiəçisi Murillo ilə maraqlanır. Braziliyalı oyunçunubu "Barselona" da izləyir.

Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Bildirilir ki, Murillo "Nottingem Forest"in baş məşqçisi Enzo Mareskanın tələblərinə cavab verir. Braziliyalı müdafiəçinin topla oynamaq və arxadan hücumlar qurmaq qabiliyyətinə malik olduğu bildirilir.

"Nottingem Forest"in 23 yaşlı futbolçunu 80-90 milyon avro dəyərində qiymətləndirdiyi vurğulanır. Klub oyunçunu satmaq istəmir, lakin bu məbləğə yaxın təklifləri nəzərdən keçirəcək.

Qeyd edək ki, bu mövsüm Murillo bütün yarışlarda 12 oyunda meydana çıxıb və bir qol vurub. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında onun dəyəri 55 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest