A Seriyasının beş klubu – "Leççe", "Kremoneze", "Latsio", "Parma" və "Udineze" qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün beynəlxalq mübarizə günü münasibətilə keçirilən "Zorakılığa qırmızı vərəqə" kampaniyasında iştirak ediblər.

Matc.az xəbər verir ki, bu komandaların oyunçuları 12 turun qarşılaşmalarına kompaniyaya diqqət çəkmək üçün fərqli formada çıxıblar.

Futbolçular meydana üzlərində qırmızı nişanlar, soyadları əvəzinə isə analarının, qızlarının, arvadlarının və ya sevgililərinin adları yazılmış formalarda çıxıblar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest