"Barselona"nın baş məşqçisi Hans-Diter Flik dünya futbolunda son 10 ilin ən yaxşı hücumçusunun adını açıqlayıb.

Matc.az xəbər verir ki, alman mütəxəssis komandasının ulduzu futbolçusu Robert Levandovskinin adını çəkib.

Flik təcrübəli forvardı son 10 ilin ən güclü hücumçusu hesab etdiyini deyib. 

Qeyd edək ki, 2022-ci ildən Kataloniya klubunda çıxış edən Levandovski 136 oyunda 133 qol vurub və 26 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest