MLS-in 1/4 final matçında "Sinsinnati" və "İnter Mayami" komandaları üz-üzə gəlib.

Matc.az xəbər verir ki, qarşılaşma qonaq komandanın 0:4 hesablı qələbəsi ilə başa çatıb.

"İnter Mayami"nin kapitanı Lionel Messi bir qol və üç assist edərək futbol tarixində ən çox məhsuldar ötürmə edən oyunçu olub.

Bu matçdan sonra argentinalı ulduz futbolçu artıq karyerasında 404 məhsuldar ötürməsini edib və əfsanəvi macar hücumçusu Ferens Puşkaşın bütün zamanların ən çox məhsuldar ötürmə göstəricisinə çatıb. Bir çox mənbələr Puşkaşın məhsuldar ötürmə sayını 404 olaraq qeyd edir, lakin bunu rəsmi statistika və ya qeydlərlə etibarlı şəkildə təsdiqləmək mümkün olmasa da, Messinin nailiyyətləri göz önündədir.

Messinin növbəti məhsuldar ötürməsi onu futbol tarixində ən çox məhsuldar ötürmə edən yeganə oyunçu edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest