"Lans"ın hücumçusu Uesli Said karyerasını Türkiyə Super Liqasında davam etdirə bilərş

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Trabzonspor" fransalı forvardı transfer etmək istəyir. Qara Dəniz təmsilçisi 30 yaşlı futbolçunu yanvar ayında heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Uesli Said bu mövsüm "Lans"ın heyətində keçirdiyi 13 oyunda 5 qol vurub, 2 qol ötürməsi edib. Onun Fransa klubu ilə müqaviləsi yayda başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest