"Elçe"nin yarımmüdafiəçisi Rodriqo Mendosa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Telegraph" nəşri məlumat yayıb.

"Arsenal" ispaniyalı futbolçunu transfer etmək istəyir. Mendosanın La Liqa klubu ilə müqaviləsində 20 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. London təmsilçisi bu məbləği ödəməyə hazırdır.

20 yaşlı oyunçu ilə "Real" və "Yuventus" da maraqlanır.

Qeyd edək ki, Rodriqo Mendosa bu mövsüm "Elçe"nin heyətində keçirdiyi 10 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest