Portuqaliya millisi və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo UEFA Millətlər Liqasındakı qələbə münasibətilə komanda yoldaşlarına bahalı saatlar hədiyyə edib.
Matc.az xəbər verir ki, bu barədə Portuqaliyanın "SIC Noticias" televiziya kanalı məlumat yayıb.
Bildirilir ki, saatlar "Jacob & Co." brendi tərəfindən xüsusi istehsal olunub.
Milli komandanın üzvləri hədiyyələri 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ermənistanla keçirilən oyundan (9:1) öncə alıblar.
Həmçinin avtomobil qəzasında həyatını itirən Dioqu Jotanın ailəsinə də xatirə olaraq bir saat təqdim edilib.
Qeyd edək ki, iyun ayında Portuqaliya seçməsi UEFA Millətlər Liqasının qalibi olmaqla, turnir tarixində bu titulu iki dəfə qazanan ilk yığma olub.












