Portuqaliyanın tanınmış futbol klubu "Boavişta" tezliklə müflis elan ediləcək.
Matc.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.
Bildirilir ki, "Boavişta"nın ciddi maliyyə problemləri artıq yaydan bildirilirdi. O vaxtdan bəri isə vəziyyət daha da pisləşib.
Komandanın oyunçuları bir neçə aydır ki, maaşlarını ala bilmirlər. Klubun ağır maliyyə vəziyyəti səbəbindən Portuqaliya çempionatının dördüncü divizionuna yüksəlmək üçün müraciət etməyə belə icazə verilməyib.
Bundan sonra Boavişta həvəskarlar divizionunda oynayıb, lakin ev stadionunda ödənilməmiş elektrik enerjisi xərcləri səbəbindən bir neçə texniki məğlubiyyət alıb. Klub rəhbərliyi müflisləşdiyi barədə müraciət edib.
Qeyd edək ki, klub 1903-cü ildə təsis edilib və 2000/01 mövsümündə "Boavişta" ilk və indiyə qədər yeganə Portuqaliya çempionluğunu qazanıb. Klub həmçinin beş dəfə Portuqaliya Kubokunu və üç dəfə isə Super Kubokunu qazanıb.












