27 Noyabr 2025, 11:30
FUTBOL
"Borussiya"nın hücumçusu Fabio Silva karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Sevilya" portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir. Əndəlus təmsilçisi 23 yaşlı forvardı yanvar ayında icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, "Borussiya" Fabio Silvanı mövsümün əvvəlində "Vulverhempton"dan 22,5 milyon avroya transfer edib. O, Dortmund təmsilçisinin heyətində keçirdiyi 10 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.









_1764249604.jpg)


