27 Noyabr 2025, 13:19
FUTBOL
"Bornmut"un futbolçusu Antuan Semenyo uğrunda transfer mübarizəsi qızışır.
Matc.az xəbər verir ki, "Mançester Siti" də qanalı vingeri heyətinə qatmaq istəyir. Bu barədə "talkSPORT" məlumat yayıb.
"Şəhərlilər" Semenyo üçün yanvar ayında 65 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəməyə hazırdır.
"Mançester Yunayted", "Arsenal" və "Liverpul" da 25 yaşlı oyunçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, Antuan Semenyo bu mövsüm "Bornmut"un heyətində keçirdiyi 12 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.












