27 Noyabr 2025, 13:32
FUTBOL
İstanbul derbisini Yasin Kol idarə edəcək.
Türkiyə Super Liqasının 14-cü turunun "Fənərbaxça" - "Qalatasaray" matçının hakimləri açıqlanıb.
Matc.az xəbər verir ki, İstanbul derbisini Yasin Kol idarə edəcək.
Ona yan xətt hakimləri Abdullah Bora Özkara və Bahtiyar Birinci köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Ali Yılmaz yerinə yetirəcək.
Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" görüşü dekabrın 1-də Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.








_1764249604.jpg)



