27 Noyabr 2025, 16:25
FUTBOL
"Barselona"nın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Fermin Lopes sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı hücumameyilli yarımmüdafiəçi sağ ayağından zədə alıb. 22 yaşlı futbolçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Fermin Lopes bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 13 oyunda 7 qol vurub, 4 qol ötürməsi edib.












