"Neftçi" Misli Premyer Liqasının 13-cü turunda qarşılaşacağı "Turan Tovuz" ilə oyunun hazırlığını başa vurub.

Matc.az xəbər verir ki, komandanın üzvləri bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

"Ağ-qaralar" hazırlıq prosesindən sonra Tovuza yola düşüb.

Qeyd edək ki, "Turan Tovuz" – "Neftçi" qarşılaşması sabah saat 18:30-da start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest