27 Noyabr 2025, 20:50
FUTBOL
Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo WOWfc döyüş promosyonunun həmtəsisçisi olub.
Matc.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
28 yaşlı məğlubedilməz UFC yüngül çəki çempionu İlia Topuriya da eyni təşkilatın həmtəsisçisidir.
Bu mövsüm Ronaldo bütün yarışlarda klub və milli üçün 17 oyun keçirib, 16 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 40 yaşlı portuqaliyalı hücumçu 2023-cü ildən "Əl-Nəsr"də oynayır.












