"Mançester Yunayted" qış "transfer pəncərəsi" açıldıqdan sonra üç oyunçusunu icarəyə göndərməyi düşünür.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilir ki, "qırmızı şeytanlar" daha çox oyun vaxtı qazanmaq üçün müdafiəçi Dieqo Leon, yarımmüdafiəçisi Sekou Kone və mərkəz müdafiəçisi Ayden Heyveni komandadan göndərmək istəyir.

Yarımmüdafiəçi Kobbi Mayna və hücumçu Coşua Zirkzinin də komandadan ayrıla bilər. Lakin bunun baş tutma ehtimal çox azdır, çünki Brayan Mbemo, Amad Diallo və Nussayr Mazrauinin Afrika Kubokuna gedəcəklərinə görə, Ruben Amorimin onların xidmətinə ehtiyacı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest