"Yuventus" və "Milan" müqaviləsi 2026-cı ilin yayında başa çatacaq Bernardo Silvanın "Mançester Siti"dəki vəziyyəti ilə maraqlanıblar.

Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.

Bildirilir ki, ingilis klubunun hazırda 31 yaşlı yarımmüdafiəçinin müqaviləsini uzatmaq planı yoxdur. Lakin Silvanın İtaliya nəhənglərindən birinə potensial transferi 10,1 milyon avroluq maaşı səbəbiylə çətinləşir.

Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçi 2017-ci ilin yayından bəri "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində o, altı dəfə İngiltərə Premyer Liqasının qalibi olub. "Transfermarkt"da futbolçununr dəyəri 32 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest