01 Dekabr 2025, 18:49
FUTBOL
PSJ Liqa 1-in XV turunun "Renn"lə matçından öncə ciddi problemlə üzləşib.
Matc.az xəbər verir ki, "Monako"ya qarşı oyunda (0:1) Paris klubunun əsas qapıçısı Luka Şevalye ayağından zədələnib.
Qolkiper meydanı axsaya-axsaya tərk edib. O, hazırda müalicə prosesindən keçir. Fransalı "əlcək sahibi"nin dekabrın 6-da baş tutacaq növbəti qarşılaşmada iştirakı hələ də sual altındadır.
Şevalyenin yerinə böyük ehtimalla rus qapıçı Matvey Safonov meydana çıxacaq. Bu, Safonov üçün PSJ-də 2025/26 mövsümündə ilk oyun ola bilər. Ümumilikdə isə rus qolkper Paris klubunun heyətində 17 matça çıxıb.












