"Yuventus"un hücumçusu Duşan Vlahoviç sıradan çıxıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Serbiyalı futbolçu A Seriyasının 13-cü turunun "Kalyari" ilə görüşündə ayaq əzələsindən zədə alıb. 25 yaşlı forvard 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm "Yuventus"un heyətində keçirdiyi 20 oyunda 8 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest