"Nyukasl"ın hücumçusu Uilyam Osula karyerasını Almaniya Bundesliqasında davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Ayntraxt" danimarkalı futbolçunu heyətinə qatmaq istəyir. Frankfurt təmsilçisi Osulanı 20 milyon avroluq satınalma bəndi ilə ilərəyə götürməyi planlaşdırır.

22 yaşlı forvard özü "Ayntraxt"a keçməyə isti yanaşır.

Qeyd edək ki, Uilyam Osula bu mövsüm "Nyukasl"ın heyətində keçirdiyi 14 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest