03 Dekabr 2025, 10:28
FUTBOL
"Barselona"nın futbolçusu Dani Olmo sıradan çıxıb.
Matc.az xəbər verir ki, ispaniyalı hücumameyilli yarımmüdafiəçi La Liqanın 15-ci turunun "Atletiko" ilə oyununda (3:1) zədələnib.
Olmo 65-ci dəqiqədə komandasının ikinci qolunu vuran zaman çiynindən zədə alıb. 27 yaşlı oyunçu təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Dani Olmo bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 17 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.






_1764719501.jpg)





