04 Dekabr 2025, 11:35
FUTBOL
"Betis" "Fənərbaxça"dan icarəyə götürdüyü Sofian Amrabatın transfer hüquqlarına yiyələnmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
La Liqa təmsilçisi mərakeşli yarımmüdafiəçi üçün İstanbul klubuna 8 milyon avroluq təklif göndərib. Türklər bu təklifi qəbul etməyib. Onlar 29 yaşlı futbolçu üçün 14 milyon avro tələb edirlər.
Qeyd edək ki, "Betis" Amrabatı mövsümün əvvəlində icarəyə götürüb. Təcrübəli dayaq yarımmüdafiəçisi İspaniya klubunun heyətində 11 rəsmi oyunda meydana çıxıb.




_1764846650.jpg)


_1764839573.jpg)




