"Əl-Əhli Merih Demiralın müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin üzvü ilə 30 iyun 2029-cu il tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Əl-Əhli" Merih Demiralı 2023-cü ilin yayında "Atalanta"dan transfer edib. 27 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində keçirdiyi 16 rəsmi oyunda 1 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest