15 Dekabr 2025, 13:55
FUTBOL
"Aston Villa" "Brentford"un hücumçusu İqor Tiaqonu transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
Birmingem təmsilçisi 24 yaşlı forvardı yanvar ayında heyətinə qatmağa çalışacaq. London klubu braziliyalı futbolçu üçün 70 milyon funt-sterlinq təzminat tələb edir.
Qeyd edək ki, İqor Tiaqo bu mövsüm "Brentford"un heyətində keçirdiyi 17 oyunda 12 qol vurub. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.












