15 Dekabr 2025, 15:41
FUTBOL
"Qaziantep" baş məşqçi Burak Yılmazla yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssis öz istəyi ilə istefa verib.
Qeyd edək ki, Burak Yılmaz 19 avqust tarixində "Qaziantep"in baş məşqçisi postuna təyin olunmuşdu. Komanda Super Liqada 16 turdan sonra 23 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.


_1765818873.jpg)









