Mövsümün sonunda "Roma" ilə müqaviləsi başa çatan Paulo Dibala komandadan ayrılacaq.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Paytaxt klubu baş məşqçi Can Pyerro Qasperininin əsas heyətdə şans vermədiyi argentinalı hücumçuya yeni sözləşmə təklif etməyəcək. 32 yaşlı futbolçu yayda azad agent statusunda olacaq.

Qeyd edək ki, Paulo Dibala bu mövsüm "Roma"nın heyətində keçirdiyi 13 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest