"Milan" qış fasiləsində hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, A Seriyası nəhənginin əsas hədəfi "Arsenal"da çıxış edən Qabriel Jezusdur. Bu barədə "Calciomercato" məlumat yayıb.

İtaliya klubu braziliyalı forvard üçün London təmsilçisi ilə danışıqlara başlayacaq. 28 yaşlı futbolçu özü də dünya çempionatı öncəsi daha çox forma şansı qazana biləcəyi komandaya keçmək istəyir.

Qeyd edək ki, zədədən yeni qayıdan Qabriel Jezus bu mövsüm "Arsenal"ın heyətində 2 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest