15 Dekabr 2025, 22:49
FUTBOL
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
“Beşiktaş” təcrübəli qolkiperə konkret maraq göstərir. İstanbul klubu kataloniyalılara 33 yaşlı qolkiperin icarəyə götürülməsi ilə bağlı rəsmi təklif göndərib. “Beşiktaş” ter Ştegeni qapıçı mövqeyinin gücləndirilməsi üçün variant kimi nəzərdən keçirir.
Almaniyalı "əlcək sahibi" özü daha az nüfuzlu çempionata keçiddə maraqlı deyil və İspaniya La Liqasında qalmağa üstünlük verir.
Ter Ştegen 2014-cü ildən “Barselona”nın şərəfini qoruyur. Onun Kataloniya klubu ilə müqaviləsi 2027/2028 mövsümünün sonunadək qüvvədədir.












