Ağayev bu matçda 4 sarı vərəqə göstərib. O, iki dəfə meydan sahibi, iki dəfə qonaq komandanı cəzalandırıb.

Azərbaycanlı FİFA hakimi Avropa Liqasının qrup mərhələsində növbəti oyununu idarə edib. Matç.az saytı xəbər verir ki, təmsilçimiz A qrupunda keçirilən "Sürix" (İsveçrə) – "Bayer" (Almaniya) qarşılaşmasında ədaləti qoruyub.

Məhsuldar keçən görüşdə 5 qol vurulub. 3:2 hesabı ilə qalib gələn meydan sahibləri ardıcıl 3-cü qələbəsini qazanıb.

Ağayev bu matçda 4 sarı vərəqə göstərib. O, iki dəfə meydan sahibi, iki dəfə qonaq komandanı cəzalandırıb.

Qeyd edək ki, bu oyunda Əliyarın briqadasında Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov, Rəhim Həsənov və Mübariz Haşımov yer alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest