16 Dekabr 2025, 10:31
FUTBOL
“Kruzeyro” klubu rəsmi saytında baş məşqçi Leonardo Yardimlə yollarını ayırdığını açıqlayıb.
Matc.az xəbər verir ki, 51 yaşlı mütəxəssislə birlikdə onun köməkçiləri Joze Barroş, Antonio Vieyra və Diogu Diaş da komandadan ayrılıblar.
Yardim bu ilin fevralından “Kruzeyro”ya rəhbərlik edirdi. Komanda portuqaliyalı məşqçinin rəhbərliyi altında 55 oyun keçirib və 25 qələbə qazanıb, 18 heç-heçə edib, 12 dəfə isə məğlub olub.
Mövsümün yekunlarına əsasən, “Kruzeyro” Braziliya çempionatında 3-cü yeri tutub, ölkə kubokunda yarımfinala yüksəlib və Kopa Libertadoresə vəsiqə qazanıb.












