16 Dekabr 2025, 14:50
FUTBOL
"Yuventus"un hücumçusu Duşan Vlahoviç “Barselona”da çıxış etməyəcək.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.
Kataloniya təmsilçisinin rəhbərliyi serbiyalı forvardı transfer etmək fikrindən daşınıb.
25 yaşlı futbolçu 2022-ci ilin yanvarından etibarən “qoca sinyora”nın formasını geyinir. Vlahoviçin Turin nəhəngi ilə mövcud müqaviləsinin müddəti 2025/26 mövsümünün sonunda başa çatır.
Serbiya millisinin üzvü cari mövsüm A Seriyasında 13 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.












