Yaponiyalı müdafiəçisi Takehiro Tomiyasu Amsterdamın "Ayaks" klubuna keçib.

Matc.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Tomiyasu "Ayaks"a azad agent kimi qoşulub. O, 2026-cı ilin iyun ayının sonuna qədər müqavilə imzalayıb. Tomiyasu "Ayaks"da 32 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 27 yaşlı yaponiyalı müdafiəçi ötəm yay Londonun "Arsenal" klubu ilə müqaviləsini vaxtından əvvəl ləğv etdikdən sonra azad agent statusunda olub. O, 2021-ci ilin yayında İngiltərə klubuna qoşulub, lakin tez-tez zədə aldığı üçün məhdud oyun vaxtı alıb. Ötən mövsüm cəmi 6 dəqiqə meydanda olub

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest