"Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarte qış fasiləsində komandadan ayrılacaq.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Uruqvaylı futbolçunun performansı məşqçilər korpusunu qane etmir. "Qırmızı şeytanlar" Uqarteni icarəyə verəcək. 24 yaşlı dayaq yarımmüdafiəçisinin "Nitsa"ya keçəcəyi gözlənilir.

Qeyd edək ki, Manuel Uqarte bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 11 oyunda qol və ya qol ötürməsi ilə yadda qalmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest