"Pis oynadıq" fikri ilə razılaşmaram. çünki bu gün yaxşı çıxış etdik". Matç.az saytı xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev deyib.

Bolqarıstanlı futbolçu Avropa Liqasının qrup mərhələsində "Vorskla" ilə keçirilən qarşılaşmadan (0:1) sonra fikirlərini bölüşüb. Slavçev məğlubiyyətə layiq oynamadıqlarını söyləyib: "Biz "Vorskla"dan daha yaxşı və səviyyəli komandayıq. Meydanda da rəqibdən fəal oynadıq. Onlar qapımıza cəmi 2 zərbə vurdular, biri qolla nəticələndi. Kimsə başqa cür düşünə bilər. Mənim fikrimcə, inamlı təsir bağışladıq. Sadəcə, nəticə istədiyimiz kimi olmadı. Hücumda və müdafiədə özümüzü inkişaf etdirməliyik. Növbəti oyunumuzda qələbə qazanmalıyıq ki, azarkeşlərimizi sevindirək".

26 yaşlı orta sahə oyunçusu bu gün bəxtlərinin gətirmədiyini düşünür: "Komanda məğlub olubsa, öz çıxışım haqda nikbin danışa bilmərəm. Qalib gəlmək üçün meydanda hər şeyi edirəm. Amma bu gün bəxtimiz gətirmədi və məğlub olduq".

Bolqarıstan millisinin üzvü matçdan sonra baş məşqçi Qurban Qurbanovun paltardəyişmə otağında çox danışmadığını əlavə edib: "Sadəcə bildirdi ki, ruhdan düşməyin. çünki qarşıda digər vacib oyunlar var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest