"Qarabağ"ın çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani" təlim-məşq toplanışını davam etdirir. Matc.az saytının Albaniya mətbuatına istinadən məlumatına görə, komanda yeni baş məşqçi Franko Lerdanın rəhbərliyi altında Sloveniyada ilk məşqini keçib.

Yeni transferlər Villiam Kordeyro və Esin Hakay da hazırlıqda iştirak edib. Tirana təmsilçisi toplanış çərçivəsində 2 yoxlama görüşü keçirəcək. İyunun 23-də və 26-da yetirmələrini iş başında görəcək italiyalı çalışdırıcı 3-cü yoxlama görüşünün olub-olmamasına futbolçuların fiziki durumuna əsasən qərar verəcək. "Partizani" iyulun 2-dək Sloveniyada hazırlaşacaq.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında oyunlar 9/10 və 16/17 iyul tarixlərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest