Azərbaycan millisinin futbolçusu Riçard Almeyda avrokuboklarda növbəti oyununu keçirib. Matç.az saytı xəbər verir ki, milliləşən braziliyalı "Astana"nın heyətində Avropa Liqasının III turunun matçında meydana çıxıb.

Almeyda "Yablonets"lə çexiyadakı səfər matçında start heyətində yer alıb. 76-cı dəqiqədə sarı vərəqə ilə cəzalanan yarımmüdafiəçimiz matçın son dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan matçda "Astana"nın qoluna Almeyda ilə birlikdə Azərbaycan çempionu "Qarabağ"da çıxış etmiş Pedro Enrike imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest