14 Yanvar 2026, 12:55
FUTBOL
Komandanın yeni baş məşqçisi 42 yaşlı yerli mütəxəssis Zaur Hacıyev olub.
“Xankəndi” Futbol Klubu baş məşqçi vəzifəsinə yeni təyinatını rəsmən elan edib.
Matc.az xəbər verir ki, komandanın yeni baş məşqçisi 42 yaşlı yerli mütəxəssis Zaur Hacıyev olub.
UEFA-nın “B” kateqoriyalı məşqçi lisenziyasına sahib olan Zaur Hacıyev uzun illər “Qəbələ” Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Çempionlar Liqasında təmsil edib.
Son olaraq "Karvan-Yevlax"da çalışan mütəxəssis, klubun Premyer Liqaya yüksəlməsində pay sahibi olub.












