15 Yanvar 2026, 02:27
FUTBOL
İspaniya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Matc.az xəbər verir ki, "Real" səfərdə "Albasete"nin qonağı olub.
"Karlos Belmont" stadionunda baş tutan qarşılaşmada meydan sahibləri qələbə qazanıb – 3:2.
Beləliklə, Madrid klubu ölkə kubokundan kənarda qalıb. Bu qarşılaşma Xabi Alonsonu əvəz edən yeni baş məşqçi Alvaro Arbeloanın rəhbərliyi altında "Real"ın ilk oyun idi.
İspaniya Kuboku
1/8 final
"Albasete" – "Real" - 3:2
Qollar: Del Frayle, 42, Betankor, 82, 90+4 // Mastantouno, 45+3, Qarsiya, 90+2












