15 Yanvar 2026, 03:01
FUTBOL
Afrika Millətlər Kubokunun yarımfinal matçında Mərakeş Nigeriyanı penaltilərlə məğlub edib. Turnir Mərakeşdə keçirilir.
Matc.az xəbər verir ki, oyun əsas və əlavə vaxtdan sonra 0:0 hesabı ilə başa çatıb. Penalti seriyasında Mərakeş 4:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Mərakeş 2004-cü ildən bəri ilk dəfə Afrika Millətlər Kubokunun finalına çıxıb. Həmin il onlar həlledici matçda Tunisə məğlub olublar (1:2). Mərakeş 1976-cı ildə turnirin qalibi olub.
Mərakeşin finaldakı rəqibi Misiri məğlub edən (1:0) Seneqal yığması olacaq.
Qeyd edək ki, Afrika Millətlər Kubokunun final oyunu yanvarın 18-də baş tutacaq.












