"Ferentsvaroş" "Vereder"dən icarəyə götürdüyü Nəbi Keytanın transfer hüquqlarına yiyələnib.

Matc.az xəbər verir ki, bu barədə Macarıstan klubunun mətbuat xidməti məlumat yayıb.

Qvineyalı yarımmüdafiəçi yayda "ağ-yaşıllar"ın tamhüquqlu oyunçusu olacaq və onunla uzunmüddətdli müqavilə imzalanacaq.

Qeyd edək ki, Nəbi Keyta 2025-ci ilin yanvar ayında "Ferentsvaroş"da çıxış edir. 30 yaşlı futbolçu bu mövsüm komandanın heyətində keçirdiyi 17 oyunda 3 qol ötürməsi edib. Təcrübəli oyunçu daha əvvəl "Liverpul" və "Leyptsiq"in formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest