"Kəpəz" futbolçuları təlim-məşq toplanışında yaxşı təsir bağışlayıblar".

Matc.az xəbər verir ki, bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, "Karvan-Yevlax"a qarşı keçirilən yoxlama oyunu ilə bağlı danışıb:

"Matç yaxşı keçdi. Bu matçda da gənc futbolçulara və yeni transferlərimizə şans verdik. Yaxşı təsir bağışladılar. Bununla da təlim-məşq toplanışını başa vurduq. Bir günlük istirahətdən sonra "Qarabağ"la oyunun hazırlıqlarına başlayacağıq. Mövsümün qalan hissəsində daha yaxşı çıxış edib, xallar qazanmağa çalışacağıq".

Qeyd edək ki, "Karvan-Yevlax" - "Kəpəz" görüşündə hesab açılmayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest