"Roma"nın mərkəz yarımmüdafiəçisi Edoardo Bove klubdan azad agent kimi vaxtından əvvəl ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb.
Bovenin hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər idi.
Bove 2021-ci ildən bəri İtaliya klubunda çıxış edirdi. Bu müddət ərzində o, 92 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. 2021/22 mövsümündə yarımmüdafiəçi "Roma" ilə Konfrans Liqasının qalibi olub.
2024/25 mövsümündə Bove "Fiorentina"da icarə əsasında oynayıb və 2024-cü ilin dekabrında "İnter"ə qarşı matçda huşunu itirib. Daha sonra onun kliniki ölüm keçirdiyi məlum olub. Bir neçə gün sonra o, yerli qaydalara görə A Seriyasında oynamasına mane olan kardioverter defibrilyatoru (ICD) implantasiya keçirməyə razılıq verib.











