İspaniyalı mütəxəssis aparıcı hücumçu Pyerr-Emerik Obameyanqın sabahkı qarşılaşmada iştirak etməyəcəyini bildirib. Buna səbəb qabonlu forvardın xəstələnməsidi.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq "Arsenal" daha bir ciddi itki ilə üzləşib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunu London klubunun çalışdırıcısı Unay Emeri açıqlayıb.

İspaniyalı mütəxəssis aparıcı hücumçu Pyerr-Emerik Obameyanqın sabahkı qarşılaşmada iştirak etməyəcəyini bildirib. Buna səbəb qabonlu forvardın xəstələnməsidi. Bununla "topçular"da oyunu buraxacaq aparıcı oyunçuların sayı 5-ə çatıb. Obameyanqa qədər Petr çex, Loren Koselni, Henrix Mxitaryan və Aron Remsinin də sabahkı qarşılaşmada oynamayacağı bəlli idi.

Qeyd edək ki, "Qarabağ" – "Arsenal" görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest