24 Yanvar 2026, 21:30
FUTBOL
"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp "Real"ı çalışdırmağa razılıq verib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Futbol del Sr. Destrangis" yayıb.
Bildirilir ki, klubun prezidenti Florentino Peres və alman mütəxəssis müqavilə şərtlərini razılaşdırıblar. Müqavilənin imzalanması isə iyun ayına planlaşdırılıb. Hər iki tərəfin nümayəndələri əldə edilən razılaşmadan məmnun qalıblar.
Qeyd olunur ki, razılaşma yalnız, "Real"ın müvəqqəti baş məşqçisi Alvaro Arbeloa komandanı bu mövsüm Çempionlar Liqası və ya La Liqa çempionu edərsə, yenidən nəzərdən keçirilə bilər.
Yurgen Klopp 2015-ci ildən 2024-cü ilə qədər "Liverpul"a rəhbərlik edib. Bu müddət ərzində klub onun rəhbərliyi altında 8 kubok qazanıb.












