28 Yanvar 2026, 15:56
FUTBOL
"Fulhem"in futbolçusu Adama Traore Premyer Liqada klubunu dəyişib.
Matc.az xəbər verir ki, "Vest Hem" ispaniyalı vingeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Traorenin transferi 2,3 milyon avroya rəsmiləşib. 30 yaşlı oyunçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Adama Traore bu mövsüm "Vest Hem"in heyətində keçirdiyi 20 oyunda 1 qol ötürməsi edib.












