28 Yanvar 2026, 16:15
FUTBOL
"Başakşehir" "Roma"dan icarəyə götürdüyü Eldor Şomurodovun transfer hüquqlarına yiyələnib.
Matc.az xəbər verir ki, bu barədə "Ajansspor" məlumat yayıb.
İstanbul klubu özbəkistanlı forvard üçün qarşı tərəfə 2,7 milyon avro təzminat ödəyib. "Roma" 30 yaşlı hücumçunun növbəti satışından 10 faiz pay əldə edə biləcək.
Qeyd edək ki, "Başakşehir" Eldor Şomurodovu mövsümün əvvəlində icarəyə götürüb. Özbəkistanlı futbolçu Super Liqada meydana çıxdığı 19 oyunda 13 qol vurub, 4 qol ötürməsi edib.












