Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Matc.az saytının məlumatına görə, bu gün daha bir idmançımız qüvvəsini sınayıb.

10 metr məsafədən pnevmatik tapançadan atəşaçma yarışında çıxış edən Ruslan Lunyov təsnifat mərhələsində yarışıb.

Təmsilçimiz yekunda 574 xal toplayıb və 36 idmançı arasında 20-ci olub. Bu nəticə isə finala yüksəlməyə kifayət etməyib.

Həlledici mərhələdə ilk 8 pillənin sahibləri mübarizə aparacaqlar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest