"Kristal Pelas"In heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Jan-Filipp Mateta sıradan çıxıb.

Fransa millisinin üzvünün ayağında zədə aşkarlanıb. 28 yaşlı forvard əməliyyat olunacaq. O, təxminən 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Jan-Filipp Mateta bu mövsüm "Kristal Pelas"ın heyətində keçirdiyi 34 oyunda 10 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest